Əlirza HƏSRƏT- UCALIB QƏLBİMİZDƏ
Ədəbiyyat
13:37 / 28.05.2026
Baxış sayı: 365
Alim-şair dostum Bilal Alarliya
Niyə görünməyirsən,
Dostum Bilal Alarlı?
Duman alıb dağların,-
Üstün,Bilal Alarlı.
Bu gül o çiçəkdimi,
Rəsimini şeh çəkdimi?
Bizi öldürməkdimi,
Qəsdin,Bilal Alarlı?
Götür qələm-kağlzı,
Vəsf elə bu yalqızı.
Şeirlə aramızı,-
Kəsdin Bilal Alarlı.
Yol da sənin,bu iz də,
Şahidləriyik biz də.
Ucalıb qəlbimizdə,
Büstün Bilal Alarlı