Əşrəf Veysəlli - MƏN SƏNƏ NƏ KÖMƏK EDİM

Ədəbiyyat 10:00 / 27.05.2026 Baxış sayı: 371

 

Gözümü açandan gəzirəm səni,

Başına döndüyüm, səsimə səs ver.

Dünyanın başına hava gələndən

Havam çatışmayır, mənə nəfəs ver.

 

Baş aça bilmirəm,- niyə doğuldu,

Niyə bu dünyaya gəldi o tifil.

Səni gəzə- gəzə seldə boğuldu,

Allah deyə - deyə oldü o tifil.

Əlçatmaz, ünyetməz göylərdə varsan,

Bəs niyə dükanda, bazarda yoxsan?

Cözümü yumuram— hər yerdə varsan,

Gözümü açıram— heç harda yoxsan.

Səndən nicat gözlər, mərhəmət istər,

Qayığı dəryada batan cocuqlar.

Ana şəkli çəkib asfaltın üstdə,

Qıvrılb qoynunda yatan cocuqlar.

Üzür qan içində hər tərəf, hər yan,

Orda havanı da sıxsan, qan çıxar.

İnsan olduğunu unudar insan,

Öz doğma adı da yadından çıxar…

Bu necə gərdişdir,

bu necə vərdiş

Gülləri açmamış solan dünyada?-

“ N” qədər sinaqoq, “N” gəqər keşiş,

“N” gədər mollası olan dünyada?!

Qanda boğulurlar orda usaqlar,

Müqəddəs torpaqlar qan içindədir:

Ərəb şeyxləri kefdə- damaqda,

Müslüm balaları yaman gündədir…

Bəlkə dənniyində dən tükənibdir,

Köhnə dəyrmanda yeyir daş daşı.

Yoxsa damarında qan tükənibdir,

Qanına susayır qardaş qardaşın.

O qanlar mənum də canımdan axır,

Dünyanı can üstə görüb sızlaram.

Halal süfrəmizin başında axı

Niyə yer vermişik bu qansızlara?

Sönmüş ocaqlarda qor soraqlayıb,

Yanmış ağaclarda bar axtarırlar.

Yerdə yerimzi xaraba qoyub,

Göydə özlərinə yer axtarırlar.

Əyrini günaha yozan tərəzi,

İstəyir öz çəki daşını məndən.

Elə pozulub ki, mizan— tərəzi,

Vallah itirmişəm başlmı nən də…

Ərzin özü boyda ağrım— acım var,

Baş alıb hayana gedim, İlahi?

Sənin də köməyə ehtiyacın var?

Sən Allah , de , nəyə ehtiyacın var?

Mən sənə nə kömək edim, İlahi?!