Elnur Uğur - Günüdü

Ədəbiyyat 10:41 / 28.05.2026 Baxış sayı: 414

 

 

Bu gün Cümhuriyyətin yüz səkkizinci yaşı,

Bu gün şanlı millətin işıq doğan günüdü.

Bu gün Cümhuriyyətin yüz səkkizinci yaşı,

Bu gün şanlı millətin şəri boğan günüdü.

 

Kişilər kişiliyi miras qoydular elə,

Namusun hicabını üçrəngli bayraq ilə,

Çəkib Vətən göyünə hürlük bəxş edib elə,

Göstərdilər bəşərə gün qana qan günüdü.

 

Elnur Uğur,mərdliyin ilk nişanı azadlıq,

Biz o azadlığı ki qızıl qanlarla aldıq.

Dağlar yıxıldı, qəlbdə neçə dağlar ucaldıq,

Qalxdıq, göstərdik ki, gün Azərbaycan günüdü.