Bəhram Bilaloğlu - Azadlığın rəmzidir üçrəngli şanlı bayraq
Ədəbiyyat
15:37 / 28.05.2026
Baxış sayı: 360
Azadlığın rəmzidir üçrəngli şanlı bayraq,
Şəhid qanı göyərdir dirçəltdiyin bu torpaq.
Övladların unutmaz, “Vətən!” deyər, dad çəkər,
Şərəf, ləyaqətilə, qanıyla qeyrət əkər.
Mübarizlər ölkəsi, tanıyır dünya səni,
Yaşatdığın qürurla düşmən alır hey qəmi.
Mən Vətən övladıyam, yazıram fərəh ilə,
Yaşayıram adınla, fəxr edirəm səninlə.