Əli Hacı Ağaevli - Səni darıxmağa buraxmışam mən

Ədəbiyyat 10:05 / 11.10.2026 Baxış sayı: 576

Səni darıxmağa buraxmışam mən,

Biləsən,təkliyin səsi içdədir !

Görəsən,ayrılıq mənim adıma,

Payız geyinibdir,qış köçündədir !

 

Nə buzu əriyər,nə də ki,qarı

Qış girib içinə bitirər yazı !

Ömrün istisinə soyuqlar düşər,

Çoxun itkiləri gətirər azı !

 

Qoynumda gizlənər yarsız əllərim,

Uzun saçlarını külək darayar !

Sənin darıxmağın məni öldürər,

Mənim tənhalığım səni arayar !

 

Çəkilər dumanda,əriyər buzda

Sevgini ölməyə qoymasan əyər !

Çoxun yaşamağı səndən aslısa,

Yaş olub quruyçün yanmağa dəyər!

 

Səni yaşamağa buraxmışam mən,

Görəsən,yaşamaq məcburu işdir !

Biləsən,hər cürə sifət içində

Adam tək yaşamaq,qurur işidir !