Ələddin Əzimli - DOĞULUŞ
" Sözlərdəki sən "dən
Doğuldu
axşamkı gecənin səhəri.
Sərin bir meh oxşadı
yenicə açılan çiçəkləri,
dənizin mürgülü ləpələrini.
Göylərdən
mavi donlu, yaraşıqlı buludlar
həsrətlə
boylandı bu mənzərəyə başıaşağı.
Küçəmizin
kənarından keçən arxın suyu
buruldu həyətimizə.
Salamladı bağçamızı,
bağçadakı ağacları,
çəmənləri,
körpə, kövrək yarpaqları.
Sıyrılıb
bir gecəlik ayrılıqdan,
axşamkı qürubdan,
doğuldu,
yenidən geri döndü
hərarətli,
sədaqətli Günəş