Aləmzər   Sadıqqızı : -  Gəl artıq...

Ədəbiyyat 13:57 / 13.11.2026 Baxış sayı: 1411

 

Ay buluddan kövrək olan birdənəm,

Sən ağlasan mən ölürəm bil artıq.

O gözləri gözüm kimi sevirəm,

Nə incitmə, nə ağlatma, gül artıq!

 

Mən səni sevənnən ömür sürürəm,

Sənlə aglayıram,sənlə gülürəm,

Mən sənsiz ölmürəm, sənə ölürəm,

Bunu ki, bilmirsən onda öl artıq!

 

Sənsən həyatımın ilki və sonu,

Nolar mənim olan dünyanı qoru,

Bir azca səbr elə dünyanın sonu,

gəlmədən, birdənəm sən də gəl artıq!

13.11.2024.