Ehtiram İlham : - MƏNİM

Ədəbiyyat 15:40 / 29.12.2024 Baxış sayı: 759

•••••

Onsuz da gecələr yuxu görmürəm,

Qoy heç açılmasın sabahım mənim.

Göyə çatammadı, yerə enmədi,

İçimi yandırsın öz ahım mənim.

 

Yazım belə gəldi, belə yazıldı,

Azala-azala hər gün azaldı,

Nolsun, yaşamaqdan əlim üzüldü,

Balama sevdirdi Allahım mənim.

 

Dərdləri belimdən hey aşıdırsız...

Yükü Ehtirama çox daşıdırsız!

Məni niyə belə çox yaşadırsız,

Nədi qarşınızda günahım mənim?!

28.12.24.