Bəlkə də doğacaq ömrümə Günəş,- - İdris Babayev
Bəlkə də doğacaq ömrümə Günəş,
İtəcək gözümün, çəni, dostlarım.
Hələ köçməmişəm torpaq altına,
Nə tez unutdunuz, məni, dostlarım!
Nə salam verən var, nə hal soruşan,
Sanki heç anadan doğulmamışam.
Mən ki, öz yerimi bilən adamam,
Heç zaman irəli soxulmamışam.
Yox əşşi, gerçək yox zarafatdı bu,
Hamınız əzizdir mənə inanın.
Oxuyun, qımışın, gülün ürəkdən,
Siz də yazdığımı zarafat sanın.)))
15.11.2026