Elnur Uğur - Soba da heç isitmir
Ədəbiyyat
18:13 / 14.11.2026
Baxış sayı: 638
Soba da heç isitmir,
Boşluğunun yerini.
Sənin sənsizliyindir,
Faciəmin dərini.
Mənim bu faciəmdə,
Hər pərdədə təkliyim.
Vurulub bölünməklə,
Nə qaldı ki, çəkməyim?
Göz zillənib divara,
Bir nöqtədə asılı.
İçimdə bir avara,
Elə sənə qısılıb.