Günay Əfəndiyeva: “ Mədəni layihə və tədbirlər  mədəniyyət siyasətinin geniş spektrını əks etdirir."

MƏDƏNİYYƏT 10:00 / 14.11.2026 Baxış sayı: 788

 

“Milli mədəniyyətimizin qorunması, tərəqqisi və beynəlxalq miqyasda layiqincə təbliği üçün dövlət büdcəsinin müzakirəsi mühüm əhəmiyyət daşıyır.

Çünki mədəniyyətə ayrılan vəsait, əslində, xalqımızın tarixi yaddaşına, milli kimliyinə, mənəvi dəyərlərinə və gələcək nəsillərin mədəni-intellektual inkişafına qoyulan sərmayədir.

Bu gün Azərbaycan mədəniyyətinin yaşadılması və tanıdılması cənab Prezidentin müəyyən etdiyi dövlət siyasətinin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın həyata keçirdiyi mədəni-humanitar təşəbbüslərin mühüm istiqamətidir”.

Bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı bildirib.

Deputat son bir ayda Azərbaycanda həyata keçirilən müxtəlif mədəni layihə və tədbirlərə diqqəti çəkərək bildirib: “Tarixi Qələbəmizitəcəssüm etdirən “44” bədii filminin ekranlaşdırılması,XII Bakı Beynəlxalq Kitab Sərgisi, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, II Bakı Beynəlxalq İncəsənət Festivalınınvə neçə-neçə teatr, film, musiqi, rəqs təqdimatları, sərgilərin böyük uğurla gerçəkləşdirilməsişübhəsiz, dövlətimizin mədəniyyət siyasətinin geniş spektrını əks etdirir”.

Günay Əfəndiyeva növbəti il üzrə dövlət büdcəsinin prioritet istiqamətləri sırasında milli təhlükəsizliyingücləndirilməsi və işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan bərpa-quruculuq işləri başlıca yer tutduğunu vurğulayaraq, bildirib:“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən işlərə ayrılan vəsaitin önəmli hissəsinin tarixi, mədəni və dini abidələrimizindirçəldilməsinəyönəlməsi milli mədəniyyət siyasətimizin mühüm istiqamətidir və böyük əhəmiyyətəmalikdir.

Eyni zamanda, gələn ilin dövlət büdcəsində Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin saxlanılması xərclərinin artırılması milli mədəniyyətimizin beynəlxalq miqyasda təbliği üçün çox ciddiönəmkəsb edir”.

Deputat mədəniyyət sahəsində çalışan insanların sosial rifahının və yaradıcı fəaliyyət imkanlarının dəstəklənməsinin vacibliyini vurğulayaraq,bildirib: “Bu gün səhnədə, teatrda, muzeydə, kitabxanalarda gördüyümüz parlaq təqdimatların arxasında çox böyük bir fədakarlıq var.Mədəniyyət və incəsənət ruhun qidasıdır deyiriksə, o zaman biz bu ruhu yaşadan insanlarımızın fiziki ehtiyaclarını, həyat şəraitini unuda bilmərik. Ona görə də mədəniyyət-incəsənət işçilərinin əməkhaqlarının artırılması vacib əhəmiyyət daşıyır.

Eyni zamanda illərdir ölkəmizdə fəaliyyət göstərən, repertuarını davamlı yeniləyən Bakı Bələdiyyə Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının öz binaları yoxdur. Binalarının olmamasıyaradıcı heyətin, həmin teatrlarınvə ümumilikdə milli teatr sənətimizin inkişafına əks təsir göstərir”.

Günay Əfəndiyeva 2027-ci il dövlət büdcəsində ayrılan vəsaitlərin ölkəmizin, mədəniyyətimizin tərəqqisinə xidmət edəcəyinə inamını ifadə edib.