Arzu Hüseyn - Uzanıb, göy üzündə en qədər bulud sayasan

Ədəbiyyat 13:55 / 14.11.2026 Baxış sayı: 706

Uzanıb, göy üzündə en qədər bulud sayasan,

Dəli tək musiqisiz əl çalasan, oynayasan.

Neçə "bismillah" ola, bircəsini duymayasan,

Oyanıb görməyəsən bir də həmin üzdə səni.

 

Gedib məzar başına, yad qəbirə dərd deyəsən,

Başını yerə vurub, saç yolasan, diz döyəsən.

Bədənindən çıxasan, qeybə çəkilib göyə sən,

Tapa bilməsin axşam axtaran, gündüzdə səni.

 

Əllərin yumruq ola, zərbələnə güzgülərə,

Qan axa, qan tökülə, heyrət ola özgələrə.

Bükəsən dərdlərini rəngli-rəngli əskilərə,

Asasan dar ağacından gecə səssizdə səni...