Bəhruz Niftəliyev - Darıxıram gəl!
Ədəbiyyat
09:51 / 08.06.2026
Baxış sayı: 457
Yğılıb, yığışıb bir küncə belə,
Daşlaşıb, daralıb bu küçə belə?
Əllərim həsrətdir o incə belə
Darıxıram gəl!
Ruhuna qanad al, uçan yerinəm,
Hər küncdən-bucaqdan qaçan yerinəm,
Köksümdə köz olan, yanan yerinəm,
Darıxıram gəl!
Bir tumar, bir sığal ötüm saçından,
Ehmalca, yavaşca öpüm saçından,
Üşüyən ruhuma örtüm saçından,
Darıxıram gəl!
07.06.2026