AY Bəniz : - EYLƏDİM
Ədəbiyyat
20:01 / 08.06.2026
Baxış sayı: 112
Lalələr çiləndi düzə,
Nə hacət deyilən sözə.
Günlərimdən kəsə-kəsə,
Yoluma davam eylədim.
Yaşamağın daşın atdım,
Dostu, sirdaşı unutdum.
Özümü çoxbilmiş tutdum,
Fələyi avam eylədim.
Ömrü verdim bir cür bada,
Gəlib-gedən düşmür yada,
Eh, sevdiyim adamı da,
Özümə haram eylədim.
Bu həsrət bir himə bənddi,
Xəyallar da küsüb getdi.
Hamı sevib dəli etdi,
Mən sevib adam eylədim.