Bəhram Bilaloğlundan İKİ ŞEİR

Ədəbiyyat 09:43 / 29.12.2024 Baxış sayı: 1476

          *-**

Yeni ilin gəlişi,

Xoş təbəssüm yaradır.

Fəsillər sıralanır,

Dualar Yar'a çatır.

 

Neçə arzu diləklər.

Qovur nəfsi küləklər.

Əsir kövrək ürəklər.

Yağışa,qara çatır.

 

Möcüzələr şəhəri:-

Açır hər gün səhəri.

Bülbüllərin qəhəri,

Yalana, tora çatır.

 

Təbiətin əsəri-

Olmaz bəndə əsiri.

Sözün olsa kəsəri,

Duy ki,qərara çatır.

             

   ***

 

Ümidlər də sən demə,

Ağ kəfən geyinərmiş.

Təyyarə göy üzündən,

Torpağa can verərmiş.

 

Zirvə sandığın həyat,

Haqqa sarı yol imiş.

Təmiz saxla ruhunu,

Quran da bunu demiş.

 

Göyün yeddi qatından,

Qollar uzanır yerə.

Mübarək əməlləri,

Yazır fələk dəftərə.

 

Toxu ömrün hasarın,

Tərkibində söz olsun.

Alışmayan qəlbləri,

İsidən bir köz olsun.

 

Közü yandıranların,

Ağırdı dərdi bizə.

Dözülməyən dərdlərin,

Yolu çevrilib izə.

    ***