"Yaylaqlara köçlə bağlı qeydiyyat davam edir"

MƏMLƏKƏT 19:04 / 09.05.2024 Baxış sayı: 1263

"Böyük Qayıdış" yalnız insanların doğma yurd-yuvasına qayıdışı deyil, bu həm də heyvandarlıq təsərrüfatının və arı ailələrinin işğaldan azad edilmiş ərzilərə köçürülməsini ehtiva edir. Bunun üçün artıq xüsusi portal yaradılıb və qoyunçuluq və arıçılıq təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına start verilib.

Keçən il rekord sayda arıçılıq və qoyunçuluq təsərrüfatları yaylaqlara köçürülüb. İşğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara keçən il rekord sayda arıçılıq və qoyunçuluq təsərrüfatlarının köçürülməsi təmin edilib. 3700-ə yaxın qoyunçuluq və arıçılıq təsərrüfatı mövsümü Laçın, Kəlbəcər, Qubadlı, Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının yaylaq ərazilərində keçirib.

Mövzu ilə bağl  ımünasibət bildirən    Milli Məclisin deputatı Tahir Rzayev vurğulayıb ki,, "Böyük Qayıdış"ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün çox vacib prosesdir: 

 

“Sözsüz ki, kənd təsərrüfatının inkişafı dövlətin qarşısında duran əsas məsələdir. Bu gün işğaldan azad olunmuş ərazilərdə çox mühum işlər görülür, minalardan təmizlənir. İnsanların təhlükəsizliyi üçün imkanlar yaradılır. Arıçılıq təsərrüfatının inkişafı üçün işlər görülür. Belə bir şəraitdə mal-qaranın, arı ailələrinin köçürülməsi zərurətə çevrilir. Çünki tarixən Laçın, Kəlbəcər, digər dağlıq rayonlara aran  rayonlarından mal-qaranın köçürülməsi ənənəvi olub. İşğal dövründə bu, mümkün olmayıb. Artıq sahibkarlar həmin ərazilərə özlərinin mal-qaralarını köçürməyi çox vacib hesab edirlər. Bu Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə həyata keçirilir. Həmin sahibkarlar elektron formada qeydiyyatdan keçirlər. Müəyyən qanun-qaydalara əsasən öz heyvanların həmin yaylaqlara köçürülər. Əlbəttə bu çox vacib məsələdir. Həm heyvanların sağlamlığı, məhsuldarlığın artırılması baxımdından çox əhəmiyyətlidir. Həmin ərazilər heyvanların məhsuldarlığı baxımdan çox əlverişli zonalardır.  Bir neçə ay ərzində orada mal-qaranın kökəldilməsi yüksək məhsuldarlığa çatdırılması üçün imkanlarvar. Bu da ət məhsullarının qiymətinin aşağı salınmasına,  keyfiyyətli ət məhsulları ilə təminat üçün faydalıdır. İndi həmin ərazilər daha çox yaralıdır. Minalardan təmizlənmə işləri sürətlə davam edir”.

Tahir Rzayev hesab edir  ki, əvvəlki illə müqayisədə bu il daha çox arı ailələri, heyvan  sürüləri  işğaldan azad olunmuş  ərazilərə köçürüləcək:

“Təbii, bunun müəyyən şərtləri var. Həmin şərtlərə sahibkərlar əməl etməlidirlər. Bu aqrar sahənin inkişafı üçün çox vacibdir. Gələcəkdə nəinki Laçın, Kəlbəcər rayonuna eləcə də digər ərazilərə mal-qaranın köçürülməsi təmin olunmalıdır”.