Əbülfət Mədətoğlu : - Yenə küsüb ...
Yenə küsüb, dindirmir
Gözün çəkib gözümdən...
Səsiylə isindirmir -
Kül ələyir közümdən!..
Yarpaq-yarpaq qopuram,
Damla - damla hopuram...
Yoğurmadan yapıram -
Ruha kündə sözümdən!..
Qəlbinə qəlbi dinlət,
Qoymadan mənə minnət!
Qoy!- söyləyir Əbülfət -
Baş daşımı, özümdən!