Kəramət : - UNUDARSAN, U N U D A R S A N

Ədəbiyyat 07:47 / 09.05.2024 Baxış sayı: 1551

 

"UNUTMARAM"...demə, demə

axı, nə deyim ki, mən sənə

keçər üç sənə, beş sənə

unudarsan...unudarsan.

 

kim kimi unutmadı ki

kim kimi atmadı ki

kim kimi satmadı ki

unudarsan...unudarsan.

 

Yadından çıxar adın da,

Vağzalda, ya da limanda

ÖZünü də bir adamda

Unudarsan, unudarsan..