Kəramət : - NİMDAŞ SÜFRƏYDİ ÖMRÜN

Ədəbiyyat 09:28 / 10.05.2024 Baxış sayı: 1190

 

Mən səni İKİ DAŞ arasında

yol üstündə boyat çörək yeyərkən gördüm.

"Qaraçı məzarlığı"ndan dönürdüm

Həyat bitdi-yə ! işarəsidi başdaşları.

kiflənmiş sinə daşına

şah misra cızılmışdı:

"Bitdi ağrım, sızım."

geriyə-məzarlığa dönüb baxmaqdan qorxur hamı

elə mən də...

geriyə yaşamaqdan moizə oxuyurdun mənə

yaşadığın-canisi olduğun HƏYATIN

tək canlı şahidiydin.

məni inandırdın ki

bütün insanlar, hadisələr

bir Ömrün

fraqmentləridi..

sən boyat çörək yeyə-yeyə

onları montaj edirsən.

mən də susub ürəyimdə danışırdım səninlə

-gərək bərpa eləməyə çalışmayasan

zədəli gülüşləri, qırdığın könülləri də.

israrla özünü tanıtmırdın

boyat çörək qırıntılarını

ac quşlara

səpməyi də unutmurdun.