Bəhram Bilaloğlu - Bəşər varlığına şübhə edəndən
Bəşər varlığına şübhə edəndən,
Nadanlar çoxaldı bəlalar artdı.
Müasir zamandır deyən adamlar
Namusu,qeyrəti ayağa dartdı.
Günbəgün günlərin günü çəkildi,
Qaranlıq dünyaya zəbt edildilər.
Gözü baxanların görməyənlərin
Sonu zülmət oldu qəsb edildilər.
Elə danışdılar,elə dindilər,
Yuxuya verdilər dinləyənləri.
Qəflət yuxusundan ayılmayanlar
Darıxma,görəcək inləyənləri.
Ədəbdir,əxlaqdır insana üstün,
Çalışın ədəbsiz ədəbə gəlsin.
Sözdən qüvvətlidir bəzən təbəssüm,
Qoruyaq söz qədər əxlaq düzəlsin.