Balayar Sadiq : - HADİNİN SƏSİ
Sükut beşiyində üşüyər qəbrim,
Üstünə nə oğul, nə qız gələcək.
Qərib küləklərin dodaqlarında
Qəmli misralarım yalqız gələcək.
Öz harayım qonar öz başdaşıma,
Bir yarpaq diksinər kimsəsizliyim.
Qərib sözlərimin pıçıltısından,
Qırılar güzgüsü daş səssizliyin.
Sozüm doluxsunar misralar boyu,
Astaca hicqirar yazmadıqlarım.
Məzarım üstünə qoyar üzünü,
Həyasiz dünyada sızlayan arım.
Bir vaxt misralanan göz yaşlarımdan,
Indi qəbrimin də divarı nəmdi.
Dünyanın yeganə şairiyəm mən,
Vətənim – kədərdi, millətim- qəmdi.
Torpağın altda da sümük əllərim,
Haqqın qapısına uzalı qalıb.
Bəxtimi unudub getmisen,Allah,
Qələmin alnımdan asılı qalıb...