Azərbaycan Ordusunun mövqeləri ATƏŞƏ TUTULDU

Dekabrın 3-ü saat 16:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeyi atıcı silahlardan atəşə tutulub.
Bu barədə məlumat Yenises.az-a Müdafiə Nazirliyindən verilib.
Bildirilib ki, qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.