Ayaz Arabaçı : - Bu gün də süd kimi ağ vərəqləri ...
Bu gün də süd kimi ağ vərəqləri
öpdürdüm həbəş dodaqlı qələmə.
Ödədim duyğularımı,
bahalı göz yaşlarında
adıma yığılıb qalmış sələmə.
Bir nöqtədə donub qalan baxışların
canlandı quş kimi.
Pəncərəmdən o yanda
Dəniz sərilib qalmışdı bihuş kimi.
Yaza bilmirəm əlimin altında eşidilməyəndə
vərəqlərin xışıltısı.
Ürəyim rahat olmur hərflərin
körpə uşaq kimi bir-bir
barmaqlarıma dəyməyəndə mışıltısı.
Duyğularım çırpılr pərvanətək
pəncərəyə, qapıya,divara..
Mənəm də,mavi köynəkli küləklərin dalınca avara..
İşlərim elə də yaxşı getmir,yanacağı qurtarıb.
Taleyin mən sarıdan qanacağı qurtarıb.
Çöldə qara kölgələr dirənmişdi qapıma.
Doktoruma zəng vurdum,
Bir resept atdı votsapıma.
Sağ ol doktorum sevdim bu resepti.
Götürdüm köhnədən qalmış şərabın
başındakı bereti..