Arzu Ada - SƏDİ KİŞİ

YAZARLAR 09:05 / 01.08.2025 Baxış sayı: 2311

Sədi kişi yaba ilə bir qom ot götürüb inəklərin axuruna tökdü

Qayıdıb evdən arvadını səslədi

..Gəl ..heyvanları sag ..sonra bir az çıxarım otlaga otladım yazıqdırlar .

...A kişi ...çoldə otmu var ?

...Gəl ..arvad ..gəl .

Beysə əlindəki iri vedrə ilə tövləyə girdi .

.. Ay Beysə ..bu Zeynəbgil evdə yoxdurlarmı .?

..Bıy.. evdələr

Qəriblərin harası var hara getsinlər ?!.

. ...Hanı. evlərinin baçası tütmür ?

Beysə iki əlini dizinə vurdu

. A kişi aglım ...huşum batsın

Gör heç yadıma düşübdü

Dünən onlara keçmişdim ..gördüm evləri bum..buzdu .

Soruşdum dedi

Kömür bitib .

Evə qayıdıb sənə deyəçəydim onlara iki vedrə kömür ver

Tamam yadımdan çıxıb .

Yazıqlar bu geçəni neyləyiblər .

Sədi kişi tərs tərs arvadına baxıb .

. Get ...o bankanı doldur onlara da süd ver .

Mən də iki vedrə kömür götürüm aparım verim .

...Bu saat ay kişi.. bu saat ...deyib Beysə evə keçdi .

Sədi ilə Adil əmiuşaqları idi ..

İrandan bu tərəfə keçəndən bir yerdə qonşuluqda ev tikib yaşayırdılar

Çox keçmədi Adil bir bilinməyən mərəzə tutulub dünyasını dəyişdi

Zeynəb iki kiçik oglu ilə tək qaldı .

Gözəl gəlin bir ilin içində qup... quru kösövə döndü ..

Beysə və Sədinin də iki ogulları var idi .

. Ay Beysə.. bu yaz agzı bu uşaqları müsəlman edərik

Hə . ay kişi. artıq ikisi də böyüyüblər... deyə Beysə sevinçək çavab verdi .

...

Günlər beləçə keçdi ..

Artıq havalar istiləşmişdi ... .

Beysə hər iki oglu üçün allı . güllü yorgan döşək tədarükünə başlamışdı

..

Kəndin adamları Sədigilin həyətinə yıgışmışdılar

Bu gün uşaqların sünnət toyu idi

Çalgıçılar həyətdə gəlib alətləri sahmana salmaga başladılar

Qara zurnaçı bərkdən :

. . Atası gəlsin görək ..deyə bərkdən səsləndi

Hamı Sədi kişini axtarmaga başladı

Sədi kişi iynə olub itmişdi

Ay Beysə ..bu kişi neçə oldu deyə hamı narahat olmaga başladı

Vallah ...bayaqdan mən də görmürəm ...deyə Beysə narahat narahat ətrafa baxdı

. Bıy ...başıma xeyir bu kişi hara getdi .?!

..Yarım saat da belə keçdi .

Hamı intizarla bir birinə baxdı

Kənd yolunda . uzaqdan Sədi kişi göründü.

Əlində iki dolu çanta var idi

Həyətə girib :

Ay Beysə ..get Zeynəbin balalarını götürüb bura gəl.

. . Gələçəklər ay kişi

Yox . .. get ikisini də tez bura gətir

Beysə Zeynəbgiılə keçdi

Hələ də bilmirdi nə baş verir

Zeynəbin iki körpə oglanlarının əlindən tutub həyətə girdi

Sədi kişi əlindəki çantanın içindən iki dəst təzə paltar . . iki çüt təzə başmaq çıxarıb uşaqları geyindirdi

Dönüb böyüyünü quçagına alıb dəlləyi səslədi.

...Gəl .

Hamı heyrət və minnətdar baxışlarla. Sədi kişini izləməkdə idi

Dəllək də şövqlə ülgüçünü hazırlamaga başladı

Sədi kişi Zeynəbi yanına çagırdı

Zeynəb çarqatın uçu ilə göz yaşını silə silə olanları anlamaga çalışırdı .

Tək bir kəlmə . .

Sag ol qardaş ...deyə bildi...

Zurnaçının pul ... nəmər zad yadından çıxmışdı

Bir fəqan eyləyirdi

Səsi dagda əks səda verirdi .

6 03 25