Arzu ADA -  "KİNOVERƏNLƏR "

YAZARLAR 11:18 / 20.04.2026 Baxış sayı: 321

 

.....

Bu dəfə kəndə gələcək kino ücün bir ayrı canfəşanlıq var idi

Təndir başında arvadların . cayxanalarda kişilərin qaz... qoyun otaran uşaqların tək mövzusu bu idi

Deyirlər ki bir <bomba> kuno gətirirlər kəndə . da beləsi hələ gəlmıyib

Adı da :

<Fillər mənim dostumdur> ..

Kənd qayım qayım qaynayır.. İp olsaydı bazar gününü iplə çəkərdilər

Heyif ki ip yox idi .

Əlac nə?!

Cəmi bir gün qalırdı ..o <böyük gün> ə.

Qalırdı pul ya da yumurta hazırlıgı tədarükü .

Cünkü kino iki seriyalıdırsa iki yumurta və yaxud iki iyirmi qəpik .

Bu kinoverənlərin .. . pardon vicdansız kino göstərənlərin tək və dəyişməz <daskısı>... qanunu idi ...

İlana zəhəri daşıyan koramal isə bu kənddən olan <Koramal Əşrəf> idi .

Onlarla əl bir ..dil bir idi

Yumurtaları col qapısında duran Əşrəf yıgırdı

Yanına qoydugu yekə ləyənin icinə Ləyən dolduqca yumurtalar oradan da yekə həsir səbətin içinə da oradan hara gedirdi da orası heç kimə maraqlı deyildi .

Əşrəf az qala yumurtanın ən kicik catına belə yoxlar ..baxardı

Vay o günə ki kinonun başlanmasına beş .. on .. dəqiqə ...filan qala ...Koramal Əşrəf o cat yumurtanı kinoya gələnin əlinə verib icəri buraxmaylb ..geri göndərəydi .

Vav..ey. la onda qopardı ..

Bu <faşist Əşrəf> də nə kəndci tanıyırdı.. nə qonum qonşu .

Bu faşistliyinə görə də kənddə hec kim onu sevməzdi.)

(Düz edirdilər .)

Kinoya pulsuz baxan tək Şükürün ailəsi idi .

Hələ deyilənə görə Şükür müəllim onlardan <qonarar> kimi haqq olaraq pul və yumurta da alırdı

Nə deyək ...

Özünümailiyyəşdirmə idi .

<Qəhr olsun kapitalizmi >.

Hamının <əxlaqını> pozdu

Dəyərlər itdi..)

Ana balasını tanımaz oldu..və yaxud əksinə ..

Hərcənd ki Şükür bu <faktı> kəskinliklə rədd edirdi ...

..Özüm onlara pulsuz yer verirəm ki qoy kəndin mədəni səviyyəsi yüksəlsin ..camaat sos.+.iallaşsın deyərdi .

Nə deyək ?

Sosiallaşalım da ..

Fillırə baxıb millət necə sosiallaşacaydı ki ...deyə bu kənd müəllimi Şükürdən soruşulsaydı yəqin o da durub üzünə baxacaydı ..

Kino göstərənlər evi yıxılmışlar da kinolarını göstərmək ücün elə yer secmişdilər ki sanki başlarına yer qəhət idi .

Quş quşluguynan uca bilməzdi bu evin üstündən

Kecsəydi də endirib <kino pulunu> alardılar bəzən.)

Pah ..evin yıxılmasın ev yiyəsi Şükür müəllim.. Nə olardı bu kino verənləri sən həyətinə qoymayaydın da

Onlarda gedib kinolarını məsələn Yetim Qurbanın ya da Duzadoymazın həyətində göstərəydilər

Və yaxud

.. nə olardı yetim Həsənin həyətində verəydilər də kinolarını .Onda gör nə qədər adam sosiallaşardı .

Cün ..ki Həsənin nəinki

həyətinin divarı ..hec evinin də divarı yox kimi idi

Nə olardı qoyaydınız pulu olmayan da sosiallaşaydı da.

Şükür müəllimin həyəti isə istehkam idi .

Pulu ..yumurtası olan girirdi qalanı eşikdə kinonun səsi ilə ya gülür ya kövrəlirdilər . görüntü olmasa belə buna da şükür .

Bəzən Koramal Əşrəf bunu da onlara cox görürdü

Eviniz ..eşiyiniz yoxdur?

Cıxın gedin də deyə üstlərinə cımxırırd.

Əvvəllcə kino. göstərənlər Şükür müəllimin hündür iki mərtəbəli evinin arxa tərəfinə özləri ilə gətirdikləri <şırmanı>..ag böyük mələfəni divara mıxcalayar vurar .sonra <aparatlarını> quraşdirardılar .

Kənd adamları da

kimi özüylə gətirdiyi (bir az mədənilər))) stullarını ən yaxşı yerə yerləşdirər.. kimisi də güllü cicəkli gözəlim döşəkcələrini tozun ... torpagın icinə atıb gözlərini hələ< jurnalı >gedən ekran... pərdəyə zilləyərdilər

Bəzən jurnal kinodan maraqlı olardı.

Jurnal qurtarana kimi həyətdə bir ugultu qopardı ki sanki dərin dronajlı quyu qazılırdı

Elə ki kücə qapısı <şakkk> elənib baglanardı onda bu quyuya da elə bil daş atılardı

Arvadlar hər ehtimala qarşı aglamaq ücün gətirdikləri dəsmalı hazır saxlayıb durmadan aclb bükərdilər

Adət idi .

Cünkü kinolar həmişə aglamalı olurdu ..

Kim daha cox aglasa gələn dəfə göstərilən kino ona <kren kart> kimi bur şey olacaqdı

Yəni göydəndüşmə ..pulsuz..

İnandınızmı ?!

(Məsəlcün yəni ))

İki gün udi iki qardaşın qarnına <kino sancıları > dolmuşdu

Bu da bir növ mərəz idi

Dərmanı ya yumurta ..ya da pul idi

Olsaydı həmən bu sancılar yerini <mutluluq hormonlarına> verirdi ..

İndi Məmməd lə Əli neyləsin.

Başlarına haranın külünü töksünlər .? .

Faşist ataları onlara pul verməzdi ..anaları da yumurta

Bəs neyləməli ...

Bu işin bir cıxış nöqtəsi olmalı idi

Dayısıgillə qonşu idilər

Həyət dolu da toyuq .

Tərslikdən nənə də xəsisin biri

Əlacı olsaydı əlində tüfəng toyuq yumurtlayana qədər keşiyini cəkərdi ..hinin agzında

Nəsə fikirləşmək lazım idi

Vaxt gözləmirdi ..

Məmməd son şansını denəmək ücün nənəsigilin həyətinə girdi .

Nənə küncdə qoyulan köhnə taxtın üstündə mürgü vururdu ..

Nənə də nənə idie .

Yatsa da bir gözü yuxu görürdü ...digər gözü həyəti gözətləyirdi ..

Nənənin .. beləsini allah hec düşmənə də qismət eləməsin ..

Məmməd bir də toyuqların yumurtadıgı hinə tərəf boylandı .

Toyuqların səsi gəlirdi

Səsə bax e ..

Səsiniz kəsilsin ..

Hinə tərəf getsinmi .. ?

Yox... bu mümkün deyil

Sakitcə getsə də köhnə qapının cırıltısına bu arvad 100 %100 oyanacaq .

Bəs neyləməli .

Diplomatik danışıqlar da fayda verməz

Yəni nənədən yumurta qoparmaq cətindən cətin bir <əyləm> olardı .

Mümkünü yox idi ..

Astaca nənəsinə yaxınlaşdı

.. Ay nənə anam xəstələnib səni cagırır asta səslə pıcıldadı Məmməd .

Nənə.. <şırp> gözünü acdı

...Köpək uşagı yenə hansınız uşagımı hirsləndurmisiniz təzyiqi qalxıb...hı ..?.. ..deyə darvazaya sarı yüyürdü

Məmmədə də elə bu lazım idi özünü tövlədəki toyuqlar yumurtlayan hinə verdi

Cəmi 6 yumurta var idi

Beşini götürüb köynəyin icərisinə salıb cəld hadisə yerini tərk elədi

Bir az getmişdi ki ayagı büdrəyib yerə yıxıldı. İcindən ..

.. Vay ana. deyə bir fəryad qopardı

Tez əlini köynəyinə salıb yumurtaları yoxladı

Cəmi iki yunurta salamat idi

Qırılan yumurtaların sarısı agına qarışıb yolda rəngli bur zolaq acdı ..

Ancaq irəli...

Axşam tərəfi əlində stul< kino zalında> artıq yerini tutmuşdu Məmməd .

Əli isə divarın cöl tərəfində kinonun səsi ilə kifayətlənməli olmuşdu .

Son.