Xəyalə Sevil - Guya nə düzdü ki, indi,
Ədəbiyyat
11:35 / 20.04.2026
Baxış sayı: 339
Guya nə düzdü ki, indi,
Getmə, səhvim ol mənim.
Yenə qarışdır fikrimi,
Yenə məhvim ol mənim.
Ürəyin uçursa mənə,
Dayandırma, nəyi pisdi?
Bu boz-bulanıq dünyada
Bir qırıq rəngim ol, bəsdi.
Nə çöldəyəm, nə yuvada,
Ömür ötüşür yanımdan.
Başıma gələn hava da
Canımdan çıxır, canımdan.
Guya nə düzdü ki, indi,
Getmə, səhvim ol mənim.
Yenə qarışdır fikrimi,
Yenə məhvim ol mənim.