Ağaevli Əli Hacıdan TƏR ŞEİRLƏR

***
Saxla,dünya düşənin var
düşürüm səndən özümü !
Məni,sənə verənə de,
ölmək olmur adam kimi !
Çörək çıxmır Fələyinin
qapısından,bacasından !
Saxla,qırım öz ipimi
İntiharlar ağacından !
Duru gələn su bulanır,
burda kiminsə üzünə !
Allahda köməyə gəlmir,
kim kimin dursa üzünə !
O,günü ayaq üstəydim,
məni,sən bilmişdi hamı !
Dünən ayağım büdrədi,
tanımadılar qapımı !
Yaxşı adamlarla yeri,
böyür-başın adamsızdı !
Saxla,düşüm qan tökülüb,
ürəyimə sarı sızdı !
***
Yoruldum bu sevdadan,
istəyin,həsrət yoludur !
Çıxıb təkliyə gedirəm,
Yanın adamla doludur !
Burax məni tənhalığa,
Torpaq ol,bulud ağlayım !
Bir yer saxla ayrılığa,
Ayrılığı yurd saxlayım !
***
Yazıma bu axşam qış qarı düşüb,
Payız da qonubdur çiçəyim üstdə !
Mənim sabahıma axşamlar düşüb,
Qəmə yurd salıdır ürəyim üstdə !
***
Unutdular yenə,məni
Onların sağlığı olsun !
Biz də belə doğulmuşuq,
Üzümüz ağlığı olsun !
Göydə quşu vurmadım ki,
Gəlir yerə yem dalınca !
Dünyaya tamah salmışam,
Yeriyir ölüm dalımca !
Yeri üstündən torpağın,
Altındadır rahatlığın !
Ən böyük ibadətimdir-
Dünyaya könül saflığım !
***
Ölsəm,göyün üzünə,
Qaytar, torpağa tapşır !
Torpağı hava,suya
Daşa,yarpağa tapşır !
Göy yağıb,yer doyunca,
Bax,bu köçün dalınca !
İsrafil sur çalınca,
Gorum-darlığa tapşır !
Sağdım sözün bol südün,
Yalan qatdım,çürüdü !
Haqqım yeyəni gördün…
Qələm,varağa tapşır !
Qızın eşqim odunda,
Eşqin odu-qadında !
Sən,məni söz adında,
Uca Varlığa tapşır !