Ağaevli Əli Hacı - Bir,yarpaq düşdü üstümə
Ədəbiyyat
09:05 / 09.07.2026
Baxış sayı: 693
Bir,yarpaq düşdü üstümə,
Qoydum kitab arasına !
Vərəqləri qurban verdim,
Bir yarpaq yarasına !
Yeri ağ-appaq,
Səsi öz içində !
Qəriblik bu deməkmiş-
Ayrılırsansa köçündən !
Ağaclarda yağır payıza,
Yarpaq-yarpaq !
Görünür bu sayaq,
Ağacdan da su içir torpaq !
Biz də,yağırıq
Vaxtın bitdiyi dəqiqələrdən !
Bircə bir yarpaq hələ ki,
Su içir ağ vərəqlərdən !