Adilə Nəzər : - DƏNİZ LÖVHƏLƏRİ

Qəlbimdən bir arzu keçdi,
Göz önümdən bir xəyal.
Sahildə gəzişirdik ikimiz,
Tapışmışdı ruh ekizimiz.
Burada birləşmişdik
Təkliyi paylaşan
İki gileyli, iki talesiz.
Zaman dayansın istədim
Sahildə lövbər salan gəmi kimi.
Sakit, hamıdan xəbərsiz.
Ya heç olmayaydıq biz -
Nə sən, nə mən, nə dəniz.
Ya da ayrılmayaydıq
Bir sən, bir mən, bir dəniz...
Diqqətlə bax dənizə, sonra gözlərimə.
Gözlərim də bir dəniz.
Bax ki, gözlərim səni gözlərinə əksin,
Dəniz kimi dərinliklərə çəksin.
Anlatsın sənə həyatın var olduğunu,
Sevginin sonsuzluğunu.
Görəcəksən gözlərimdən
Qəlbimə gedən uzun bir yololduğunu.
Orda görsən bir sızıltı, bir yara
Ört üstünü üşüməsin,
Heç toxunma, inciməsin.
Bütün dərdlərdən uzaq,
Bu dənizdə itək, bataq.
Yanımızda balıqlar üzsün
Xallı, qızılı, bəm-bəyaz.
Pulcuqları rəngarəng
Elə bil bahar, yaz.
Mənə çiçək əvəzinə bağışla
Bir lilpar, bir yosun.
Süfrəmizi bəzəyən
Dəniz qızları olsun.
Otağımız dəniz,
Badəmiz eşqlə dolsun.