Aləmzər Sadıqqızı : - Gedək bir cüt gül qoyaq...

Gözlərin aydın olsun,
Ürəyimdən qan axır...
Əlimlə kəsdim , tökdüm,
Bitdi bu sevgi axır!
Bir azca sür alnına
Ürəyimin qanından...
Könlümü qurban kəsdim,
Nəzir verdim adından.
Qəm eləmə bu gündən,
Get sevgi bazarına...
Gedək bir cüt gül qoyaq,
Sevginin məzarına!
14.2.2025.