Yağıntılı və küləkli hava şəraiti davam edir, bir sıra ərazilərə qar yağır - FAKTİKİ HAVA

MƏMLƏKƏT 21:16 / 24.03.2025 Baxış sayı: 727

Saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir.

Yenises.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında, Kürdəmir, Oğuz, Qəbələ, İsmayıllı, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Xaçmaz və Şabrana yağış yağır.

Şamaxı, Qobustan, Altıağac, Qusar, Quba, Xaltan, Xınalıq, Qax, Şahdağ, Lerik və Şəkiyə arabir qar yağır.