HƏYATDA HƏRŞEY ENERJİDİR- EŞQDİR

YAZARLAR 13:12 / 26.03.2025 Baxış sayı: 1259

 

Biz "SEVGİ"dən başqa şeylər anlayırıq

(sən mənə yeyəcək-geyəcək kimi baxırsan)

............."sevgi-EŞQ" nədir ki...

təbi-təbiət olmaqdı..təbiət də

cazibə-cəzb ENERJİDİ...biri-birini kainatın, həyatın boşluğunda

diri tutmaqdı, ömrünə günəşin , Ayın doğması, ulduzların sayrışmasıdı-çox romantik olmadı ki...

Biri-birini fəzada "yıxılmağa" qoymamaqdı,

saxlaya bilən GÜC...özünlə-təbiətlə harmonik-orqanik olmaqdı.

İnsan mənafe güddükcə Cazubə qüvvəsini-EŞQini itirir

və "Qara dəlikdən" qeyb olur.

-Sevgi bu mənasız həyata

Məna qatmaqdı,-

yazmışdım bir zamanlar.

Uşaq(lıq) enerjidi-eşqdi, ruhunda uşaqlığını qoruya bilənlər SEVə

bilir, digərləri təmənnalıdı və bunun adı hər nəsə

EŞQ deyil...QORUYUN QƏLBİNİZDƏKİ O UŞAĞI, öldürməyin,

onda ağaca, itə-pişiyə, ətrafa nur-enerji-sevgi saçacaqsınız.

İnsan sevgisi azalanda, nifrətin dozası artanda, cəmiyyətdə balans pozulanda həm müharibələr, həm də zəlzələlər baş verir.

QALIN SEVGİLƏRLƏ