Fərhad Tapdıqoğlu : - Mal

YAZARLAR 20:53 / 25.03.2025 Baxış sayı: 617

 

                                               (hekayə)

Artıq hava işıqlaşırdı.Ka-mal adəti üzrə yuxudan oyanıb,yatağından qalxdı.Çaydanın içində axşamdan qalan suyu əlüzyuyanın içinə boşaldıb,yaxaladı, kranı açıb su ilə doldurub,qaz plitəsinin üstünə qoyaraq ,qazı yandırdı.Sonra həyat yoldaşı Mahca-mal-ı səslədi :

- Dur ayağa ,qalx.Vaxtdır.

Mahca-mal-ın körpə uşağı gecə narahat olduğundan, yaxşı yatmamışdı.

Şi-mal rayonlarının birində ,kənddə yaşayan Ka-mal qədd-qaməti şu-mal bir cavan oğlan idi .Atası və anası ilə bir evdə yaşayırdılar.Otağın birində Ka-mal ,həyat yoldaşı Mahca-mal və hələ bir yaşı tamam olmayan qızı Kə-mal-ə qalır ,o birisində isə yaşlı ata- anası yaşayırdı.Təbii ki,yemək- içməkləri bir idi.Ka-mal-ın iki bacısı ailələri ilə Sumqayıtda olurdular.

Ka-mal gil pay torpaqlarında kartof,lobya ,kələm əkib- becərirdilər.Bir neçə qara-malları da vardı,inəklərin ikisi sağllırdı.

Kəndlərinin gözəl avtomobil yolu göz oxşayırdı.Kənddə bir neçə kəhriz camaatın istifadəsində idi,kənd bir neçə il idi ki,qazlaşdırılmışdı.Amma bununla belə kənd cavanları Bakıya üz tutur ,orada iş tapıb işləyirdilər.Yüzə yaxın evli bu kənddə yaşayış olan 40- a qədər ev qalmışdı.

Ka-mal mal-ların qabağına bir az ot qoydu.Sonra dibçəkdə becərdikləri "mal dili " bitkisinin və ətirşah gülünün dibinə su tökdü.Məhləyə düşüb "mal-inadan"( moruq) bir neçəsini dərib yedi .

Mahca-mal artıq yuyunub,süd qabını götürüb ,inəkləri sağmağ üçün mal tövləsinə girmişdi.

Ka-mal çay dəmlədi,özünə salma( şirin) çay elədi.Pendirlə nehrə yağını qarışdırıb,dürmək düzəltdi,səhər yeməyini yeyib ,ayağa qalxdı.

Artıq hava tamam işıqlaşmışdı.Mal-lar-ı örüşə aparmaq lazım idi .Ka-mal-ın həyat yoldaşı inəkləri sağıb qurtarıb,südü süzdü və qazın üstünə bişməyə qoydu.O hər gün südü çalır, alınan qatıqları yığıb,həftədə bir dəfə nehrəyə töküb çalxalayırdı. Nehrə yağını Ka-mal hər ay rayon mərkəzində sataraq,gündəlik ərzaq tələbatlarına və geyim- kecimlərinə xərcləyirdi.

Ka-mal qonşuları Gül-mal-ı ilə mal- ları bir yerdə növbə ilə otarırdı.Örüş yeri kənddən üç kilometrə qədər məsafədə ,bir neçə hektar otlaq sahəsi idi.

Bu gün növbə Ka-mal-ın idi. O,arvadı hazırladığı yemək olan salafan torbanı götürüb,ayağa qalxdı,mal- lar-ı tövlədən çıxararaq, Gül-ma l-ını səslədi.Gül-mal-ı mal-ları haylayıb gətirdi ,Ka-malın mal -larına qataraq , onunla salamlaşıb görüşdü və evə qayıtdı.

...Ka-mal mal-lar-ı örüşə buraxıb, göy otlaqda dirsəklənib uzanaraq ,xəyala daldı.

Artıq günortaya az qalırdı ki, aşağıda bir "Şevrolit Mal-ibu " markalı maşın dayandı.Maşından iki cavan oğlan düşüb ,Ka-mal-ın yanına qalxmağa başladılar.

Ona yaxınlaşıb ,salam verdilər.Nazik köynəyinin cibində "Mal-boro" siqaretinin qutusu olan oğlan birbaşa mətləbə keçdi:

-Bu sahə bizimdir.Eşitmisən Mal-ıyev müəllimi? Bax onundur bu ərazi ,sənədləri də var.Mal fermamız var,mal-abaxanlarımız da var .

Yoxsa sənin mal- larını da mal- larımıza qatıb,səni çoban götürərdik.Sabahdan bura mal gətirmirsən.

Ka-mal mübahisə etsə də,xeyri olmadı.Əllərindəki kağızı göstərərək,"artıq - əskik söhbət etmə"-deyərək ,maşınlarının yanına getdilər....

...Ka-mal mal-ları bir neçə ay məhlədə saxladı.Amma sonra onları dəyər- dəyməzinə sataraq ,iş dalınca Bakıya getdi .Mal-ların pullarından bir az götürdü,qalanlarını kənddə qalan ailəsinə, ata-anasına verdi.

Bakıda "qul bazarında" bir mal-akanla tanış oldu.Suvaqçı- rəngsaz idi.Onunla "Yasa-mal-da" kirayədə qaldı.Ka-mal İnşaat malları mağazasından özünə mal-a ,fırça aldı .

Suvaqçılığı ,rəngsazlığı tez mənimsədi. Ayda bir dəfə kəndə gedərək ,ailəsinə ,ata- anasına pul- para verirdi.Onlar həyətyanı təsərrüfatlarında becərdikləri məhsulları eləcə qapıda "alverçılərə" su qiymətinə satırdılar.Hər halda babat dolanırdılar.

Ka-mal bədxərc deyildi.Amma mal-akan dostu ilə ,mal əti də alır,bişirir ,hətta mal başından xaş da hazırlayıb yeyirdilər.Özlərinə korluq vermirdilər.Hərdən mal-akan dostu ilə keçmiş "Mal-akan " bağına da gedirdilər.

Məmur Mal-ıyev Ca-mal-ın Ka-mal-a xəbərdarlıq edən oğlanları A-mal və Ra-mal hərdən özlərinin mal fermasına baş çəkirdilər.Qara- mal-larının sayını xeyli artırmışdılar.

A- mal və Ra-mal gah "Mal-ubu Nabran" istirahət mərkəzində kef çəkir,spirtli içki olan likor "Mal-ubu Rum" içirdilər.

Məmur Mal-ıyevin neçə- neçə gözəl məkanlarda imarətləri vardı.

Bakıda "A-mal Mal-l " da onun idi.Çindən çeşid- çeşid mal-lar gətizdiridi.Dövləti - mal-ı getdikcə artırdı.

İstirahətdə gah Mal-tada,gah da Kaliforniyada yerləşən Mal-ibu şəhərində olurdu.

Belçikadan ona "mal-inois " ovçarkası da gətirmişdilər.

Bir sözlə mal- dövləti başından aşırdı Ca-mal Mal-ıyevin....

Gələcək planlarında bir neçə e- mal zavodu ,o cümlədən krax-mal zavodu inşa etdirmək vardı.Bəzən var-dövlətini artırmaq üçün mal-iyyə fırıldağına da əl atırdı...

Günü gündən mal - dövlət içində "üzən" A-malla Ra- mal isə artıq narkotikaya qurşanmışdılar.

Hətta " mal-a oturmuşdular"...

...Axşam şam yeməyindən sonra Ka- malın mal- akan dostu ona dedi:

-Eşitmisən Ka- mal ,məmur Mal-ıyevin oğlanları A-mal və Ra- mal dozadan artıq " mal " vurduqlarından dünyalarını dəyişiblər..

Ka- mal çox təəssüfləndi...

Bəli,bu fani dünyada alçaq əməllər daşıyıcısı olanlar da,ədalətsiz ,haqsız iş görənlər də haqq dünyasına qovuşurlar....

Mal-ıyevin mal-ı,var- dövləti başından aşıb ,tökülsə də ən qiymətli sərvət olan övladları:iki oğlu artıq yox idi...

....Ka-mal yenidən kəndə qayıtdı.Mal- ıyevin qanunsuz ələ keçirdiyi hektarlarla örüş sahəsi kənd camaatına qaytarılmışdı.

Ka- mal yenə də qonşusu Gül-mal-ıyla mal- qara otarırdı.

Amma mal-ası da kara gəlirdi.Arada öz kəndlərində,qonşu kəndlərdə suvaq - rəngsaz işləri də görürdü.

Ka- mal Şuşaya da getmişdi,hətta Mal-ıbəyli kəndinə də.

Amma Ka-mal doğma kəndini dünyanın ən gözəl kəndi hesab edirdi.

Bu dəfə yenə mal-akan dostu kəndə Ka- mala qonaq gəlmişdi.

Mal- akanın "Ka-mal gəl Bakıya ,işləyək yenə" dəvətinə Ka-mal dedi:

-Qardaş,mən gedim,o getsin ,bu getsin bəs kənddə kim qalıb işləsin?

Şükürlər olsun kəndimizdə hər cür şərait var.

Mal-akan başını tərpətməklə Ka- mal-la razılaşdığını bildirdi...