Əlizadə Nuri : - Sevdim, sevginin də sirrini açdım...

Ədəbiyyat 10:20 / 26.03.2025 Baxış sayı: 1150

 

Bu Yeri yerinə qoya bilmədim,

Dərd elə dadlıdı, doya bilmədim.

Məni yağışlar da yuya bilmədi-

Məndə əzablardı, məndə kir deyil.

 

Yorğun arzularım yoxuşlardadı...

Mənim qanadlarım o quşlardadı.

Bəlkə günah elə baxışlardadı-

Bəlkə də bu dünya heç kifir deyil?

 

Qorxur kölgəsindən - bu nə ağacdı?

Dərd var ki, dərd özü elə əlacdı.

Sevdim, sevginin də sirrini açdım-

Daha mənim üçün heç nə sirr deyil...