Arzu Əsəddən dəqiq və gözəl təsbit!

“Türkiyə dövlətinin daxili işi bizim də daxili işimizdir. Erməni-yunan uşaqları bu ölkəyə sahiblənmək istəyirlər, daha anlamırlar ki, Türkiyəni quran Osmanlının, İstanbulu fəth edən Məhmədin ulu babası biz azərbaycanlıların atası Süleymandır. Türkiyə bizim doğma vətənimizdir. Biz Azərbaycan oğuz türkləri onu qurmuşuq və tarix boyu da yanında olmuşuq.Ortaya müxtəlif tarixi, ideoloji, dini-məzhəbi konfliktlər, qarışıqlıqlar salınıb, amma ətlə dırnağın arasına girilə bilməyib. Şiə-sünni ayrılığı salmaq istədilər, alınmadı, türkün milli mənəviyyatının dərinliklərində yaranan təsəvvüf məktəbləri bu qabıqda, səthdə olan məzhəb ayrılıqlarını aradan qaldırdı. Sovetlər gəldi, araya ideoloji dəmir hasarlar çəkdi.Amma yenə də bacarmadı. Azərbaycanlıların qurduğu Müsavat partiyası da Türkiyəyə üzünü tutdu, Ənvər paşanı, Nuru paşanı çağırdı, bolşevik Nərimanov da Türkiyənin ayaqda durması üçün bütün qorxulara, maneələrə baxmayaraq Ataturkün xahişinə görə ölüm-dirim savaşında olan Türkiyəyə 500 kiloqram qızıl, gəmilərlə neft, benzin, Rusiyadan aldığı 10 milyon qızıl pulu göndərdi, onun ayaq üstə dayana bilməsinə vəsilə oldu. Türkiyə də bir övlad kimi öz borcunu yerinə yetirmiş, Qarabağın işğaldan azad olunmasında dövlətin bütün gücü və xalqın sevgisi ilə yanımızda olmuşdur. Sovetlər dövründə Moskva tərəfindən Bakıda onu beynəlmiləl şəhərə çevirmək adı ilə altdan-altdan erməniləşdirmə, rusdilliləşdirmə siyasəti həyata keçirilirdi. Müstəqillik dalğası bu məkrli siyasəti darmadağın etdi. O zaman da rusdilli, "korennoy" - köklü bakılılar və rayonlular adı altinda çox xəyanətkar, təxribatçı bir siyasət həyata keçirilirdi. Biz tarixi təcrübədə bunu yasamışıq, görmüşük deyə bu gün "Türkiyənin daxili işlərinə qarışmayın" deyən erməni-yunan təblğatının mahiyyətini çox yaxşı başa düşürük. Ətrafindakı, içindəki düşmənlərinin məkrli niyyətlərinin ifadəsi olan pərdələnmiş yekəxana ifadələrinə görə onu tək buraxmayacağiq ki? Hansı ata öz ovladinı düsmən əlində tək buraxar ki? İstanbul azərbaycanlı babalarımızın soyundan olan Osmanlının bütun türklərə əmanətidir. Bakını təmizlədik, sonra bütün Azərbaycanı təmizlədik. Öžü də türkə yaraşan mərdliklə. Ermənilərə dedik adam kimi yaşayın, dost, qardaş olun bizə. Onlar isə Sumqayıtda, Bakıda qətllər törədib, nəticə etibarilə, bu türk yurdundan rədd oldular.Biz əli silahlı erməni daşnaklarına qarşı vuruşduq, Qarabağı azad etdik, amma Xankəndidə əli silahsız ermənilərə qarşı silah işlətmədik. Bu tarixi təcrübə ilə donanmış türk ağlı bu gün İstanbulun da yenidən əsil türk şəhəri olmasını təmin etməlidir, edəcək də. MHP bütün Turan ərazisinin, bütün türk dövlətlərinin vətəndaşlarının, xüsusilə də, İstanbulda vətəndaşlığı üçün ikili vətəndaşlıq qanununun qəbul edilməsini təklif etməlidir. Türkün qanının, canının bahasına alınmış dünyanın bu nadir incisini məkrli, üzsuz, soysuz " səs çoxluğu" hiyləsinə qurban verə bilmərik. "Bir millət - iki dövlət" yalnız yaxın tariximiz üçün keçərli idi. Boyük birliyimiz üçün bütün türklər İstanbulu öz Məkkəsinə, qibləsinə çevirməli, onu demoqrafik, iqtisadi, mədəni, demək həm də siyasi baxımdan yenidən fəth etməlidirlər.”
