Vahid Paşayev : - Allah  belə  gənclərə kömək olsun!

YAZARLAR 21:00 / 26.03.2025 Baxış sayı: 1093

...hər bir xalqın özünəməxsus dili,mədəniyyəti,inancı və fərqli adət-ənənəsi olur.Bütün millətlər tərəfindən qavranılan,başa düşülən və qəbul edilən yalnız bir şey var ki,o da musiqidir,tərcüməyə,lüğət kitablarında aramağa ehtiyacı olmayan gözəl musiqi.

Musiqi alətində ifası ilə seçilən,həm də müğənni kimi fərqlənən bu gənci tanımıram.Oxu tərzindən səhv etmirəmsə,Özbək olduğu anlaşılır.Düzü mahnının sözlərini də anlamaqda çətinlik çəkdim.Tək-Allah,ürək,vücud,savab,günah,səxavət sözlərindən başqa.Məzmunda ürəyə yatan sözlər və şirin melodiya varsa,dinləməyə dəyər.Nə işlə məşğul olursansa ol,söhbətin ən şirin yerində belə hər şeyi bir kənara qoyaraq diqqət kəsilirsən insanı düşünməyə vadar edən bu sayaq musiqilərə.

Allah qarşısına məqsəd qoyub arzusuna,istəyinə çatmaq istəyən belə gənclərə güc,qüvvət və bir də nəhayətsiz həvəs versin!