Vahid Paşayev : - Musiqisiz həyat...

...bütün növ xəstəliklərin müalicəsinin başında qəlbə yatan,ürəyi ovsunlayan xalq musiqisi dayanır.
Musiqisiz həyat dörd fəsildən yalnız birində--qarlı,boranlı qış fəslində ömrü başa vurmağa bənzəyir.
Amma kənd yerində soyuqlu-şaxtalı qış günlərində,gününün-güzəranının yaxşı keçən vaxtlarında Allahın verdiyindən yeyib-içib uzanasan isti peçin yanında döşəməyə salınmış döşəkçənin üstünə,başaltına da bir mütəkkə,...dinləyəsən aşağıda səslənən ,,ARAN GÖZƏLLƏMƏSİ" aşıq musiqisini və gedəsən yuxuya,toran vaxtı onda ayılasan ki,tövlədəki mal-qara,qoyun-quzu acından mələşir və tənbəl-tənbəl qalxıb onları yemləyəsən ki,səsləri kəsilsin.