Fərhad Tapdıqoğlu: - Oyna

(miniatür hekayə)
Dünyaya göz açdı..Valideynləri sevinclərindən qol qaldırıb oyna-dılar...Böyüdükcə oyna-dı...valideynləri sevindilər oyna-masına....Qaçdı- tutdu oyna-dı,gizlənpaç oyna-dı...Valideynləri onun nazı ilə oyna-dı..Toylarda dava saldı, oyna-dı...Valideynləri onu ali məktəbə qoydu...insititutda müəllimlərin əsəbləri ilə oyna-dı...Oxumadı...Qumara qurşandı,qumar oyna-dı.. İmkanlı valideynləri onun " çaldığı havaya oyna-dılar"...
Onu bir imkanlı ailənin qızı ilə nişanladılar...İık gündən o nişanlısının nazı ilə oyna-dı..
Toyları oldu..Bəylə gəlin bütün toyu oyna-dılar.. Gəlin qaynanasını rəqsə dəvət edib ,onunla "Şalaxo" oyna-dı...Toydan sonra da o da,anası da,atası da..hamı gəlinin nazı ilə oyna-dı..
Uşaqları oldu...Hamını oyna-da- oyna-da böyüdülər uşaqları..
Onun valideynləri müflis oldular..Gəlin onların hamısını öz çaldığı havaya oyna -tdı....
O da, atası da,anası da gəlinin və uşaqların çaldıqları hər bir havaya oyna-dılar.. oyna-yırlar..
Oyna dı,oyna-dan,oyna-yan oğlan,oynayan ər,oyna-yan ata..oyna dı..
",Oyna gülüm ,oyna..."
Deyirlər " dəvə oyna-yanda qar yağar"...
Bəs ,maymaq,əfəl kişini arvadı oyna-danda,hava necə olar?...?!!