Ələddin Əzim : - BİR DƏ GÖRDÜN...

Ələkbər Salahzadəyə
"Bir də gördün fotodu adam",
Bunu
hardan bildin deyə,- soracaqsan?
Çevrilmədən arxaya
gedəcək, gedəcəksən.
Çox boylanma irəliyə, qabağa,
bir də gördün dənizsən.
Çox da qovma qaçanları, uçanı,
Bir də gördün tənhasan, kimsəsizsən .
Bax o daşdır, o qayadır, o dağdır,
bir də gördün heç nə yoxdur.
Səma çökdü, ulfuz axdı,
fikirlərin yoxa çıxdı, dağıldı.
Bir də gördün
dünua həmin dünyadı.
Bizimləsən, birgəsən.
Foto yoxdu, dipdiricə özünsən,
yol gedirsən, harasa uzaqlara.
Bu günkü tək haçansa
yanımıza, geriyə qayıtmağa...
15. 03.2025.