Qəşəm Nəcəfzadə : - Bir qucaq göy üzü...

Qollarımız arasındakı məsafə-
Bir damcı dərilmiş göy üzüdü.
Nə buludu var, nə quşu,
Sanki işğal edilmiş ərazidi.
Quş kimi çırpınır qollarımızın arasında....
Bax, necə dartınır,
Çıxa bilmir qucağımızdan.
Elə bil çiliklənmiş pəncərə
Şüşəsi kimi,
Ayrılıqlar adasında axtarır,
O biri tayını.
Qollaımız göy üzünə atılmış bir tor,
Içində ulduz xatirəsi,
Təyyarə səsi,
Günəş damçısı
Bulud nəfəsi
Quş qanadı və ayağı.
Quş qanadlarının
Xatirinə
Açıram qollarımı
Buraxıram göyə
Həbs elədiyim bir qucaq göy üzünü,