Vahid Paşayev : - Bahara xoş gəldin deyək...

YAZARLAR 13:00 / 16.03.2025 Baxış sayı: 343

...Ana torpağın qoynunda dünyaya gəldiyimizi unutmamalıyıq.Bizi yaşadan hava,su,od və torpaq,...

Son çərşənbə tonqallar qalanar,ətrafına toplaşanların çöhrəsində sevinc,nur şölə saçar və bir ağızdan səslənərik:-Ağırlığımız,qada-balamız,azar-bezarımızodda yansın,köhnə ildə qalsın.

Deyəsən BAHAR havanın ağına-bozuna baxmadan günəş rəngli atını məhmizləyib özünü yetirir,həyatımıza daxil olur.Gözümüz yollardadır,qoy gəlsin.

Bahara xoş gəldin deyəkmi?Deyək!

Xoş gəldin güllü-çiçəkli,ruha qida verən ətirli,ilıq nəfəsli Bahar!