Meyxoş Abdullah  Ələkbər Salahzadəni  xatırlatdı...

MƏDƏNİYYƏT 14:03 / 15.03.2025 Baxış sayı: 587

Ələkbər Salahzadə... Bu ad bütün ədəbiyyat sevərlər üçün doğma və yaxın bir addır. Sadə, təvəzökar, mənən təmiz və istedadlı şair olan bu adam, hamımızın dostu və yaxın sirdaşı idi. Xüsusən, əyalətdə yaşayan şair və yazıçılara qarşı çox diqqətcil idi.

"Ulduz" jurnalında baş redaktor işləyən vaxtlarda onun qayğısını və diqqətini hammız öz üzərimizdə hiss etmişik.

Uşaq qədər məsum idi. Şeirin, ədəbiyyatın namusunu çəkən, sözü qiymətləndirən, istedadlı gənclərə böyük önəm verən qələm əhli, bir ustad şair idi.

Papirosu damağından düşməyən, içinin od-alovunu bürəm-bürəm çiyərlərindən püskürdən bu adamı, Allah xeyirxahlıq, nəciblik, savab işlər görmək üçün bu dünyaya və bizlərə bəxş etmişdi.

Bu gün, rəhmətlik Ələkbər Salahzadənin dünyaya gəlişi günüdür. Heyf ki, aramızda yoxdur. Allah rəhmət eləsin, Ələkbər müəllimə, məkanı cənnət olsun. Yeri elə görünür ki..