Kəramət : - ÖZÜN ÖZ ALLAHINSAN

YAZARLAR 11:35 / 16.03.2025 Baxış sayı: 412

 

(" Göydə çörək zavodu yoxdur", YA DA)

...belə olur çox zaman, yanlış yapdığımız zaman, -Allah sənə ağıl verib,-deyirik.

O "Ağıl" deyilən bizim özümüzü kontrolda saxlamağımızdı, bunu itirəndə yerüzündə özümüzü, göy üzündə də allahı itiririk. Bu kontrol mexanizmi bəşərin özünə qədər qazanılmış duyğu-düşüncəmizə yerləşdirilmiş "CİP" kimi bir şeydi, məncə; Bəzən duyğuyla dərk edər, bəzən ağlımızla-fərq etdiyimizlə duyarıq.

Allahın yerə endirilməsini ("Həqq məndədi"-Nəsimi) DƏ, Allahın öldürülməsini də ( Nisşe) göydəndüşmə kimi yox, bir proses kimi qavramaq gərək: İnsan yaranış və Duyğu-Düşüncə davranışları buna əyani vasitədi, mübahisə sizdi. Düşünmək də-duyğulanmaq da OLANI TƏKRAR YAŞAMAQ (yaşanılanı yaşamaq) deyil, onun üzərinə qoyula biləcəklər üzərinə inşa ediləndi....ya cəhdlərdi, şübhəylə yanaşılan, ehtimal oluna biləndi.

Özünükontrol-Özallahı olmaq ÖZÜNƏ QADAĞA kütlə və çoxluğa və onu nəzarətində saxlayan, kodlarını bilən Yerdəki Baş Allahlara, Yerüzünü coğrafiya-coğrafiya bölənlərə yarar...kimlərdi bunlar? Siyasi-ideoloji şarlatanlar, Başkeşiş, Başimam-molla, Aliirq-millətçi, şahlar, krallar, prezidentlər...

Nəyəsə sorğu-sualsız biət köləlikdi, əlbəttə...

Duyğu-düşüncəni azadlığa burax ki, qa za na san....

Uzun müddət içimdə ağrı kimi bir hadisə: Sübhdə camenin yanındakı parkda gəzəndə çöp-zibil qutusundan nəsə ərzaq götürən birini tanıdım, O, bununla...orucunu tutur, gündə beşkərə namazından da qalmırdı...əlini göylərə açıb yalvarırdı ki, Ya Allah mənə ruzi yetir.

GÖYDƏ ÇÖRƏK ZAVODU YOXDUR...

Allah çoxdan göydən yerə enib, adamdan da qaçıb, yapayzəkaya köçüb...

Hə, məsələ burdakı köləliyin yeni şəkli yaranma prosesində, ya ərəfəsindəyik, çalxalanmalar, təlatümlər də (sosial -mədəni-mənəvi, təbiətqarışıq) BİRÖLÜM-DOĞUŞ prosesidi.

Dəxli olmasa da deyim ki, nə iqtisadiyyatda, elmdə, HEÇ FUTBOLDA DA YERLİ-MİLLİ RUHU YOXDUR , məsəln bir ingilis başqa bir ingilislə rəqib komanda da top qovur.

-Gösteriş ve şatafat, cahillik-mənəvi yoxsulluqdan qaynaqlanan aşağılıq kompleksini örtmə çabasıdır (İlber hoca)

İstər fərd olsun, istərsə də toplum...

Nədən həyatımı göydə Allah, yerdə ədalət aramaqla keçirməliyəm ki????