Fərhad Tapdıqoğlu : - Görüm- baxım.

(miniatür)
Ona dedilər:
-Əgər işlərinin " xod" getməyini istəyirsənsə müdirinə " görüm- baxım "elə ....
O müdirinə görüm - baxım elədi.Müdir stolunun siyirtməsinə qoyulan bağlamanı gördü..baxdı...
Sonra yenə baxdı..gördü...
Yuxarı orqanlar gizli kameraya baxdılar...gördülər...Müdirə verilən " görüm- baxım " bağlamasını ondan tələb etdilər..Və bağlamanı gördülər...baxdılar.....
Müdiri əli qandanllı apardılar...İşçiləri gördülər..baxdılar....
Müdir indi dəmir barmaqlıqlar arxasından baxır.. görmür....
... Həmin " görüm- baxım " eləyən adam da müdirini apardıqları zaman onu gördü...baxdı...
"Görüm- baxım" eləyəni də "görüm - baxım " elədiyinə görə tutdular.. apardılar...hamı gördü..baxdı....
İndi "görüm - baxım" eləyən də,müdir də həbsxanada dəmir barmaqlıqlar arxasından baxırlar....amma heç kimi görmürlər...