Ehtiram İlham : - QALMADI

Ədəbiyyat 12:46 / 17.03.2025 Baxış sayı: 551

 

Mən burdan birtəhər çıxıb gedəcəm,

O dağı aşmağa yalım qalmadı.

Düzüm düzlənibsə düzün düzündə

Sağımı kəsiblər, solum qalmadı.

 

Bu boydana qeylü-qallar içində,

Mayası haramdan yallar içində,

Elə hallanmışam, hallar içində

Daha hallanmağa halım qalmadı.

 

Sardı, varlığımı sonadək sardı,

Vardı, könül adlı ruhuma vardı...

Məni bu dünyamdan alıb, apardı,

Dünyada dünyatək zalım qalmadı.

 

Ehtiram adına hər nə var, gördüm,

Bu yetim canımı birtəhər sürdüm.

...Atatürk söylədim, Əmin bəy dedim,

Getməyə başqa bir yolum qalmadı.

16.03.25.