"Revanşist qüvvələrin təxribatlarına qarşı hazır olun" -Müdafiə naziri

HÜQUQ 12:04 / 12.10.2024 Baxış sayı: 2464

Müdafiə naziri Zakir Həsənov xidməti müşavirədə şərti sərhəddə revanşist qüvvələrin təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmağı tapşırıb.

Nazirlikdən Yenises.az-a verilən məlumata görə, Zakir Həsənov qoşunların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, ayıq-sayıqlığın artırılması, eləcə də revanşist qüvvələrin şərti sərhəddə ehtimal olunan bütün təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmaqla bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verib.