Təhsil, səhiyyə və sosial müdafiəyə ayrılacaq vəsait müəyyənləşdi

HÜQUQ 14:01 / 15.12.2024 Baxış sayı: 1536

Gələn il üçün dövlət büdcəsində təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat istiqamətlərinə ayrılması nəzərdə tutulan vəsaitlərin həcmi dəyişib.

Yenises.az xəbər verir ki, Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, təhsil sahəsinə 4 milyard 946 milyon 73 min 190 manat, səhiyyə sahəsinə 1 milyard 999 milyon 438 min 359 manat, sosial müdafiə və sosial təminat sahəsinə 4 milyard 811 milyon 769 min 907 manat vəsait ayrılması nəzərdə tutulmuşdu.

Üçüncü oxunuşda parlamentə təqdim edilən layihəyə əsasən, təhsil sahəsinə 4 milyard 937 milyon 283 min 246 manat, səhiyyə sahəsinə 1 milyard 993 milyon 578 min 359 manat, sosial müdafiə və sosial təminat sahəsinə 4 milyard 751 milyon 730 min 807 manat vəsait ayrılacaq.