Kəramət : - SÖZLƏ OYNAMAQ SÖZÜN OYNATDIQLARI

YAZARLAR 08:20 / 03.10.2024 Baxış sayı: 1597

Belə bir sinifləndirməyə uyğun gəlirik, daha çox. Məsələni bir az da böyüdüb-"HƏYATIN OYNATDIQLARI, HƏYATLA OYNAYANLAR". Birinci halımızla böyüməyən cocuqlarıq. Sözə oyuncaq kimi baxırıq (yazı-pozu adamları), ömrümüz boyu oyuncağımıza sarılmışıq və onu-sözü əlimizdən alsalar, əlimizdə tutmağa heç nə olmuz. O SÖZü də qazanmamışıq, onu bizə veriblər, o duyğuları da, heç nə bizim həyatdan aldığımız, qazandığımız deyil.

On nəfər sevilən imzanın hərəsində 10 şeiri seçib özümçün araşdırma apardım və gördüyüm mənzərə məni dəhşətə gətirmədi, çünki bütün bunları biləcək təfəkkürə, müqayisə qabiliyyətinə, analitik, şübhəli, sorğulayıcı baxışa malikəm. EYNİYYƏT..100 il bundan qabaqkı uşaqlar biri-birinə oxşayırdı, indiki uşaqlar da biri-birinə oxşamır, fərqlidi və fərdi yanaşma tələb edir. Necə olur ki, bu sevilən şairlərin öz-ü yoxdur və bunlara maraq, bəyənmənin kökündə nə, hansı amil dayanır? COCUQ-OYUNCAQ-ŞAİR-SÖZ. Uşaq-şair əlinə verilmiş sözcüklər-bəzkli minicik əşyalar, onun başını qatmaq üçün gəlincik, bamiyə-zad. Bu saqqallı, 30-50 yaşlı şair-şairələr 10-15 yaşa qədər böyüyüblər və orda həyatları dayanıb, daha ağır söz işlətmək istəmirəm. Yaxşı bu tərəfi-bu boyda şair-yazıçıların əqli-ruhi qüsurunu anladıq, sözlə oynayırlar və bunu əlindən buraxmaqdan qorxurlar, oyuncaqlar da dəyişmir, uşaq yaradıcılığını böyüklər müəyyənləşdirir, axı, sərhədi var. Bəs biz tamaşaçılar, oxuyucular və sairələr niyə bu ağlağan uşaqların nazıyla oynayırıq. Ağlayan uşaqlığımızı gördüyümüz üçünmü? Bəyənmələrimiz, sevgimiz böyüklərin uşaqların aldanmasına bəslədiyi münasibətin eynisidi.

NECƏ BİLİRSİZ, bəlkə, BU COCUQ ŞAİR-YAZIÇILARI BİR AZ BÖYÜDƏK . Məsələn onların qarşısına canlı , özləri boyda gəlinciklər, nağıllardan ağatlı oğlan gətirək, qarşılaşdıraq. Yanaşma, uşaq münasibəti dəyişmir. Şeirlərin mahiyyəti budur: Oyuncağımı (adama oyuncaq kimi baxır, böyüməyib ağlı-ruhu, axı) əlimdən almayın dodağımı büzürəm, ağlaşma, özümü yerə çırpıb öldürərəm, səni daşlaram, oyuncağımı dəlik-deşik edərəm...Yanaşma eyni olduğundan seçilən sözlər də eynidi, çox işləndiyindən keyfiyyətini-mənasını itirib. "GƏRÇİ uşaqdır hələ, Yaxşı-yaman qanmayır" (Sabir)

Belə baxanda, cəmiyyət böyümür və yaxud belə demək daha doğru olar deyə düşünürəm: Böyüməyə qoymurlar, UŞAQLARI ALDATMAQ ASANDI. Böyümək ağılla əlaqəli məsələdi, uşaqlıq duyğu bağıdı. Daha çox duyğuyla həyata bağlı olan xalqlar 300 ildi bəşər düşüncəsinə heç nə qatmayıb, yəni qocaman Şərq, mənim təsbitim deyil, ABŞ-da yaşayan Türkiyə əsilli , kimya üzrə Nobel mükafatçısı Əziz Sancarın qənaətidi. Söz Əziz Sancardan düşmüşkən böyük bir mötərizə açıb da bir məqamı bölüşmək istəyirəm Kİ insani hərəkət insan böyüklüyünün ifadəsidi və belələri böyük kəşflərə imza atır. Deməli, ona zəng edəndə ki, Nobelə layiq görülüb, sevincini bölüşməyə kimsəni aramır, uşaqlıq dostu "Cünhuriyyət" qəzeti yazarı.....(çox təəsüf ki, bu dəqiqə adını xatırlayamıram) Orhan olmalı ,zəng edir gecəninbir aləmi, şad xəbəri bildirir. Yadımda qalanlardandı.

Bunda sonra necə qayıdım mövzunun davamına? Yox davam edə bilməyəcəyəm... sadəcə bir az böyüyün, böyüyək, fikirlərinizin, duyğularınızın başından basırlar, sizə uşaq oyuncaqları verməklə. Dünya uşaq bağçası deyil, nağılları kimsə dinləmir..hələlik,bura qədər.

SİZİN OYUNCAQLA OYNAYAN-OYNADILAN VAXTINIZ DEYİL.