Kəramət : - ADAMLARDAN QAÇANDA

YAZARLAR 08:01 / 20.12.2024 Baxış sayı: 593

 

...birdən BİRİnə rast gələrsən...şübhələnərsən, qorxarsan .."Bu da həmin türdən biri deyilmi? İki ayağı , əlləri, gözləri...amma bunun üzündə gözündəki işıq?"..

Yenə öz-özünə pıçıldarsan :" Dayanma, qaç, dayansan, yerini tapacaq, səni vuracaqlar, o yerdən ki, zor-bəla qəlbindəki son Allahı tapıb düz ürəyindən, alnının tən ortasından vuracaqlar, üzündəki nuru siləcəklər sonunacan, bomboz olacaqsan.."

Hamıdan qaçıb özünə sığınmısan.

SƏN QAÇQIN-KÖÇGÜN-MÜHACİR-SIĞINMAÇI...

Biri-birinə qaçan adamlar da..biri-birindən qaçanlardı. Yer tapa bilmir kimsə, hamı harasa tələsir, yüyürür...Yerin sürəti artıb deyən kimsə kimisə haqlaya bilmir. Yuvalana, məkanlaşa bilmir kimsə, canını qoymağa yer tapmır kimsə.

Görmürsənmi necə narahatdır YER kürəsi...YER canını qoymağa yer tapmır.

Dayan, qoy sözünün sevgisində, üzünün nurunda yuyunum...bir hovur nəfəs alım, yenə qaçacağam.