Xatirə Rəhimbəyli : - Mən axı cığalam ayrılıqlara

Ədəbiyyat 21:10 / 29.03.2025 Baxış sayı: 757

Mən axı cığalam ayrılıqlara

Heç nəyə əlvida deyə bilmirəm

Bəs səni ayırıb özümdən təzə

Bir həsrət düzəltdım niyə bilmirəm

 

Didir ürəyimi ürkək baxışın

Yalandan gülməkdən bezmişəm daha

Bu boyda həsrətə boynunu əyir

Bu müti ömrümdən küsmüşəm daha

 

Nədi gülüşündə bu ürkək kədər

Ah niyə oxşadın bu mən ölmüşə ?!

Alıb ayağımın altına qəmi

Guya sevinməkçün sənə gəlmişəm

 

Gətir azarını ürəyimə tök

Apar ürəyimin istisin, apar

Bir az şitlik elə dəcəllik elə

Bir az bu dünyanın üstünə qabar

 

Əyil də deməyə dilim gəlmir heç

AH dünya düzələ, noolar, düz balam

Səpəsən dünyaya gülüşlərini

Dünya çiçəkləyə, ay gülüz balam

 

Mən axı cığaldım ayrılıqlara

kimsəyə əlvida deyə bilmirəm

Bəs səni ayırıb özümdən təzə

Bir həsrət yaratdım niyə bilmirəm